Əli Bayramlının Tarixi             » Geri səhifə «
Ali
       Şəhər də insanlar kimidir. Onlar da yaranır, adlanır, boya-başa çatır. Onların da bəxti, taleyi, əvvəli-axırı olur. Bir şəhər günü-gündən artdıqca, genişləndikcə onun tərcümeyi halı da zənginləşir, şaxələnir. Əli Bayramlı birdən-birə şəhər olmayıb. Şirvan ətəyində yerləşən bu sənaye şəhərinin maraqlı tarixçəsi var. Arxeoloji qazıntılar zamanı üzə çıxan maddi-mədəniyyət abidələrinin şahidliyinə görə bu yerlər qədim insan məskənləri olub. Zaman-zaman Kür çayı boyunca keçib-gedən ticarət karvanları bu yerlərdə izlərini qoyub.

Əli Bayramlı şəhəri haqqında qısa məlumat


       Deyilənlərə görə, indiki Əli Bayramlının yerində ilk yaşayış məskənini XVIII əsrin ortalarında Şamaxının ƏRƏBŞAHVERDİLİ kəndindən buraya köçənlər salıb. Bu kəndin adı "Ərəbşahverdili" olsa da rəsmi sənədlərdə "Zubovka" qeyd edilmişdir. Tarixdə "QIZILAĞAC ZUBOV" kimi tanınan Valerian Aleksandroviç Zubov çariça II Yekaterinanın dövründə Qafqazda işğalçılıq məqsədilə göndərilən rus qoşunlarının komandanı idi. 1794-cü ildə Rusiyaya tabe olan Polşada üsyanın qəddarcasına yatırılmasına başçılıq edən və döyüşdə bir ayağını itirən Zubov çariçanın rəğbətini qazanmışdı. Qızıl protezli komandan tarixçi alim V.N.Leviatovun yazdığına görə qoşunu ilə 1796-ci ilin qışını, yayda düşərgə saldığı Şamaxıdan enərək Cavadda keçirib. General burada yaşayış məntəqəsi salmaq barədə əmr verib. Gələcəkdə şəhər olacaq məntəqə II Yekaterinanın şərəfinə "Yekaterinoserd" adlanmalı idi. Lakin, sonralar iş başa çatdırılmır və bura çariçanın adina layiq olmadığına görə "Zubovka" kimi sənədlərə düşür. Azərbaycan sovetləşəndən sonra 1924-cü ildə "Zubovka", "Əli Bayramlı" olur..

       Bolşeviklər keçmişi qılınclayır, bütün miraslardan imtina edirdilər. Onda şəhər, kənd adlarını dəyişib, adi xidmətləri olan inqilabçıların adıni ünvana çevirmək dəb düşmüşdü. Azərbaycanda bu iş yetərincə yerinə yetirilirdi. Kirovabad, Jdanov, Mirbəşir, Qasım İsmayılov, Qazıməmməd, Əli Bayramlı...

       Adı Şəhərləşən Əli Məmməd oğlu Bayramov 1889-cu ildə Lahıc kəndində doğulub. 1912-ci idə Gəncədə Mixaylovski adına peşə məktəbini bitirib, kapitan kimi Xəzər dənizində üzmüşdür. O, 1917-ci ildə bolşeviklərə qoşulur. Bakı Sovetinin deputatı olan Əli Bayramov 1918-ci ildə hərbiləşdirilmiş gəmidə tutulub, Salyan həbsxanasına salınır. O, buradan qaçıb, qayıqda Kür çayı ilə Zubovkaya gəlir və buradan Gəncəyə yollanır. 1920-ci ildə Bakıya dönən Əli Bayramov martın 10-da öldürülür..

       Göründüyü kimi, Əli bayramov adını daşıdıgı yer üçün elə bir iş görməyib. Lakin, hər zamanın bir hökmü var. Nəyi neçəyə almaq və satmaq vaxtın ixtiyarındadır. Əli Bayramlı rayonu 1930-cu il avqustun 8-də təşkil edilib və 1938-ci il noyabrın 29-da şəhər tipli qəsəbə , 1954-ci il iyulun 28-də rayon, 1963-cü il yanvarın 4-də isə respublika tabeliyində şəhər statusu alıb. Burada ilk böyük quruculuq işi 1917-ci ildə Kürün üstündəki Tağlı körpünün tikilməsi olub. Ağacdan düzəldilmiş bu körpü yandığı üçün 1924-cü ildə yeni körpünün bünövrəsi qoyulmuş, üç il sonra istifadəyə verilmişdir. Kür üzərindəki II körpü 1962-ci ildə qoyulub..
Statistika

       Şəhər Pambıqtəmizləmə zavodunun tarixi də əsrin əvvəllərinə gedib çıxır. Zavodun tikintisinə 1916-ci ildə başlansa da , iş 1925-ci ildə bitmişdir. Əli Bayramlının taleyində dönüş ili 1955-ci ildir. Qırovdağda ilk neft kəşfiyyatı quyusunun fontan vurması bu şəhərin bəxtini açdı. Əli Bayramlı neft şəhərinə çevrildi . Günü-gündən neft buruqlarının sayı artdı. Ölkəmizin müxtəlif bölgələrindən insanlar axın-axın neftin sorağına gəldilər. "ŞiRVANNEFT" Neft və Qaz Çıxarma idarəsi geniş işə başladı. 1962-ci ildən Dövlət Rayon Elektik Stansiyasının ilk blokunun işə salınması ilə Əli Bayramlı həm də energetiklər şəhərinə çevrildi. DRES-in sonuncu yeddinci bloku 1968-ci ildə işə düşdü. Sonralar bu şəhər bütün sənət və peşə adamlarının fəaliyyət meydanına döndü. Burada bir-birinin ardınca sənaye müəssisələri, yaşayış binaları ucaldıldı. Tikilib qurulmuş Dəmir Beton Zavodu (1960), Zavodu(1966), Yağ ekstrat Zavodu (1966), Süni Dəri Zavodu (1969), Mexaniki Təmir Zavodu (1969) 5 sayli Sənaye Kombinatı (1973), Cihazlar Zavodu (1982), Avtomatika və Telemexanika Zavodu (1986) və başqa sənaye obyektləri uğurlar qazandılar. 2, 5, 9 mərtəbəli binalar şəhərə yeni ,müasir görkəm verdi. Burada bir-birinin ardınca elm, təhsil, mədəniyyət obyektləri boy verdi. Mədəniyyət Evi (1959), Müsiqi məktəbi (1961), Pedaqoji Məktəb (1966), "Şirvan" Kinoteatrı (1967), "Energetik" stadionu (1975), Sənaye Texnikumu (1979), Mərkəzi şəhər Xəstəxanası (1981) və başqa tikililər Əli Bayramlının şəhər cizgilərini zənginləşdirdi. Əli Bayramlıda dövrün alqışladığı , şöhrətləndirdiyi və yüksək mükafatlandırdığ ı insanlar üzə çıxdılar. Hacı Teymurxanov, Qaraş Əmirov, Yarmed Yaralıyev, Akif Əmənov, CanSahib Babayev, Həsənağa Nəcəfov, Böyükkişi Vəliyev, Lazer Həsənov, Əhliman İsmayılov və çox-çox başqaları mətbuat, efir üçün maraqlı simalara çevrildilər. Əli Bayramlı şəhərinin tərcümeyi-halı, onilliklər boyu ictimai-siyasi və mədəni həyatı burada nəşr olunub, yayımlanan yerli qəzetlərdə geniş mənzərəsinİ tapıb. 1930-1961-ci illərdə burada "Muğan Sədası" qəzeti ardıcıl nəşr olunub. 1961-1962-ci illərdə "Pambıq ZərbəÇisi", 1962-1965-ci illərdə isə "Yüksəliş uğrunda" qəzeti başlamış mətbuat işini davam etdirib. 1965-ci ildə fəaliyyətə başlayan "İşİq" və "Mayak" qəzetləri daha geniş əhatəli və tutarlı nəşr sayılmalıdır. °İşİq qəzeti Əli Bayramlı şəhərinin mətbuat ənənələrini və jurnalist səriştəsini qoruyub saxlamaqdadır. Hər bir şəhərin təsilÇisi onun başÇısıdır. Bu yazıda otuzuncu illərdən bərİ Əlİ Bayramlıya rəhbərlik etmiş insanlar da xatırlanır. Çoxsunun adı yalnız arxiv sənədlərində qalmış bu adamlar ömürlərinin müəyyən hissəsini şəhərimizdə sərf edib. Əli Bayramlının yaxşısı da, pisi də onların ayaðına yazılıb. Əli Bayramlıda Azərbaycan Kommunist Partiyası Rayon, sonra Şəhər Partiya Komitələrinin katibləri Əli Məmmədov (1936-1937), Qulam Nəsirov (1937-1940), Məmməd Əsədov(1940), Ağamirzə Əhmədov (1940-1941), isgəndər Abbasov (1941-1948), Novruz Muradov (1948-1953), Əli Səfərov (1953)1961), Məmməd Məmmədov (1961-1963), Bİlal Kərİmov (1963-1971), Əkbər Novruzov (1971-1975), Hüseyn Qubadov (1975-1985), Adİl Məmmədov (1985-1989), Ramİz Sərdərov (1989-1991), Şəhər icra Hakİmİyyətİ başÇılarİ Rahİl Mehdİyev (1991-1992), Loğman Abdullayev (1992-1993), Əlizadə Alıyev 91993-1995) olmuşlar.



Mətni tapmaqda kömək etdiyi üçün Alma xanıma öz minnətdarlığımı bildirirəm..!

Hosted by uCoz