Əli Bayramlı             » Əsas səhifə «


Xəbərlər Fotolar Tarix Kitabxana Mətbuat Məktəblər İdarələr Milli Qəhrəmanlar
Azerbaijan Ərazisi - 30 km2
Əhalisinin sayı - 70125
İnzibati mərkəzi - Əli Bayramlı
Ali-bayramli
       Təpədən-dırnağacan müasir bir şəhər olan Əli-Bayramlı Dəli Kürün yaxasında qızıl suyuna çəkilmiş düymədi. Azərbaycanda Əli-Bayramlı işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır...

Coğrafi mövqeyi


       Əli Bayramlı Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Muğan qəsəbələri Əli Bayramlı şəhərinə daxildir.

Qısa Tarixi

       1938-ci ilədək Zubovka, (1938-1954-ci illərdə şəhər tipli qəsəbə) Açıq tipli DRES, elektrik şəbəkəsi, süni dəri, pambıqtəmizləmə , yağ ekstrasiyası dəmir-beton məmulatları, saxsı boru zavodları və s. var. Neft və Qaz çıxarılır. "Şirvanneft Neft və Qazçıxarma idarəsi Əli Bayramlıdadır. Məişət cihazları avtomatik idarəetmə qurğuları zavodu tikilir (1978). Böyük vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Əli Bayramovun şərəfinə adlandırılmışdır.

    DRES: Habelə Avropada ilk açıq tipli elektrik stansiyalarından biri. Tikintisində 1958-ci ildə başlanmış, ilk bloku 1962-ci il fevralın 28-də istifadəyə verilmişdir. Stansiyada hər birinin gücü 150-160 min kvt olan 7 blok quraşdırılmışdır. Ümumi gücü 1100 min kvt-dir. Kür çayının sol sahilindədir. Texniki su təchizatıməbəyi Kür çayıdır. Stansiyada yanacaq kimi mazut və təbii qazdan istifadə olunur. Şərəf nişanı ordeni ilə təltif edilmişdir.

    " Yağ ekstraksiyası Zavodu: 1966-ci ildə istifadəyə verilmişdir. Əsasən pambıq yağı, həmçinin jmıx unu, çiyid qabığı və sabun istehsalı üçün soapstok(sabun töküntüsü) istehsal edir. Zavodda istehsal prosesi tamamilə mexanikləşdirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi nəticəsində məhsul istehsalı ildən-ilə artır. 1977-ci ildə 13454 ton pambıq yağı (1967-ci ildə 1921 ton ) istehsal etmişdir. 1977-ci ildən zavodda yenidənqurma işləri aparırlar. 1980-ci ildə zavodun istehsal gücünü 2 dəfə artırmaq və daha 2 növ yeni məhsul buraxmaq nəzərdə tutulmuşdur.

    Əli Bayramlı Nərə yetişdirmə Zavodu: Əli Bayramlı şəhərində , şirvan kollektorunun sağ sahilində yerləşir. 1956-ci ildə istifadəyə verilmişdir; əsasən , Kelemo, Nərə balıqları artırırlar . Zavodda törədiciləri saxlayan, kürü-inkubasiya sexləri, sürfə yetişdirən dairəvi hovuz, balıq körpələri yetişdirən göl, canlı yen yetişdirən sex, texniki sahə və suvuran nasoslar sahəsi vardır. Balıqqayırma işləri vətəgələrdə törədicilərin seçilməsindən başlayır. Törədicilər zavoda gətirilir, gölməçələrdə saxlanılır, ondan alınan kürü inkubasiya aparatlarında yerləşdirilir. Kürüdən çıxan sürfələr 150-200 milliqrama çatanadək 18-20 gün hovuzlarda saxlanılır. Balıq körpələri zavoddan buraxılarkən sayılır. Bir balıqartırma mövsümü adətən 2,5-3 ay davam edir. Zavodda hər il 3 mln-a dək balıq körpəsi yetişdirilir. Şirvan kollektoru vasitəsilə Xəzər dənizinə buraxılır

İqtisadi xarakteristikası

      Şəhərdə 17 sənaye müəssisəsi, î cümlədən, Avropada ən böyük açıq tipli Əli Bayramlı DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
Ali-Bayramli Ali-Bayramli


Bütün haqlar qorunur..!

Hosted by uCoz