Sevgi mesajlari

1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.

2. Bu mesajı oxudunsa mənə heyransan. Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?

3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

4. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun şirin yuxular birdənəm.

6. Sənin üçün uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!

7. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

8. Axtardığım nə varsa bil ki, səndə tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!

9. Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?

10. Yağışı sevirəm deyirsən yağış yağanda çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!

11. Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax elə bu hər şeyə bərabərdir.

12. Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!

13. Məni oda at bədənim yansın, sadəcə qəlbimə dəymə, çünki onun içində sən varsan.

14. Dünyada hər şey özünə bir yoldaş axtarar, daşın qəlbi yoxdur amma onu da yosun sarar.

15. Sənin olan hər şeyi, hətta sənsizliyi belə səni xatırlatdığı üçün sevirəm!

16. Səni ulduzlara oxşadıram, onlar qədər parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar milyonlarla sən isə bir dənəsən!

17. Bu gün də sabah da ürəyin qədər yaxınındayam, özünü tənha hiss etdiyində əlini ürəyinə qoy mən həmişə oradayam.

18. Cavanların deyiminə görə əyləncə gedər, yaşlıların deyiminə görə cavanlıq gedər, uşaqların deyimiylə dünyalar gedər, mənim deyimimə görə CANIM qədər sevirəm səni!

19. Zənn etmə ki, yerin dolacaq, səndən başqa biri mənlə olacaq. Nə mənə sənin kimi bir sevgili nə də səni mənim kimi sevən tapılacaq.

20. Güllərin hamısı gözəldir amma sənin qədər deyil. Səni hər kəs sevər amma mənim qədər deyil!

21. Hər eşqin göy üzündə bir mələyi varmış. Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki, bizim mələyimiz heç ağlamayacaq.

22.
Bir şirin gülüş vurdu məni çox dərindən. Baxanda qamaşdı gözlərim gözəlliyindən. Sevirəm sözü yıxdı məni çox dərindən. Burax izimi ey pəri əgər sevməyəcəksənsə!

23. Eşq dənizdən çınqıl toplamağa bənzər, əvvəl tək-tək yığırsan sonra bir-bir atırsan. Sadəcə bəzilərini atmağa ürəyin gəlmir və səndə atılmayanlardansan!

24. Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.

25. Bilirəm sən bir ulduzsan ətrafında bir çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!

26. Göy üzü nə qədər qaranlıq olarsa olsun oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var!

27. Həyatındakı üzüntülər sahildəki ayaq izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər qalıcı olsun.

28. Ay işığının aydınlatdığı bir sahildə kiçik bir budağa УSəni SevirəmФ yazmaq istərdim. Ancaq sən qəzəbli bir dalğa olub silə biləcəyindən deyə qorxuram.

29. Gecədir ki, adamı kədərləndirən? Yoxsa adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?
30. Qəlbimdə 3 çiçək böyütdüm. Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq biri qaldı; gözləmək!

31. Yarı dalğalı olmamalıdır dəniz. Ya tam sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam sevməli yada çıxıb getməli.

32. Duyğular vardır anladılmayan. Sevgilər vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.

33. Səni sevdiyim qədər yaşasaydım ölümsüz olardım.

34. Bu dünyada iki kor var. Biri məni görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.

35. Kül olmuş atəş yanarmı? Buz bağlamış su axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?

36. Soyuq havalarda heç bir zaman üşümədim bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.

37. Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.

38. Sevgini göstərməlisən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!

39. Günəşə baxa bilərəm amma üzünə əsla, atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni unutsam belə səni əsla.

40. Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!

41. Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!

42. Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.

43. Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?

44. Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?

45. Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!

46. Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm.

47. Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.

48. Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.

49. Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.

50. Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.

51. Sənə bir göyərçin göndərirəm ürəyində sevgi qanadlarında xoşbəxtlik dimdiyində öpüş var!


Hosted by uCoz