Lətifələr
» Əsas səhifə
Kimdəsə yaxşı lətifə varsa göndərsin mənim Emailimə, göndərəkən ad soyadını da qeyd etsin, onun adı ilə atım sayta.
1.
- Bir gün bir proqramçı uşaq rəssama yaxınlaşıb deyir:
- Əmi siz rəssamsızın?
- Bəli, nədir ki?
Uşaq:
- Bilmək istəyirdim ki, siz şəkilləri hansı formatda çəkirsiniz?
2.
- Təzə lətifə
bilirsən?
- Yox.
- Nədi, sənin də internetini kəsiblər?
3.
-Gəncliyimdə mən rəssam olmaq istəyirdim.Lakin həkim oldum.
-Bəs fikrinizi nə üçün dəyişdiniz?
-Rəssamın səhvləri göz qabağında olur,
həkimin səhvlərini isə torpaq gizlədir
4.
Bir dəfə Pənahəli xan uzaq səfərə çıxarkən,
Qulunu da özü ilə götürür.
Yolda
onlar bərk yorulduqlarından atları otluğa ötürür,
özləri isə ağac kölgəsində
dincəlirlər.
İstirahətdən sonra xan bərk acdığını hiss edərək,
üzünü Lotu Quluya
tutub kinayə ilə soruşur:
- Ay Qulu, bu cür istirahətdən sonra,
bir badımcan dolması, özü də sarımsaqlı
qatıqla olsadı yeyərdinmi?
Qulu bilir ki, xan onu dolayır,
bu düzün ortasında onlara sarımsaq-qatıqla dolma
verən olmayacaq.
Odur ki, xanın sualına belə cavab verir:
- Xan sağ olsun, mən badımcana qulluq etmirəm, sizə qulluq edirəm
5.
Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var.
Oğru Molladan qorxur,
Molla oğrudan. Bir müddət ikisi də donub qalır.
Handan hana oğru özünə gəlib
qaçmaq istəyir.
Molla çar-naçar atılır oğrunun üstünə.
O bunu yıxır, bu onu
yıxır, axırda Molla oğrunu üstələyir,
ayaqlarını bağlayır, uzadır evin ortasına.
Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan,
yanında da heç kəs
yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan.
Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da
ağlına gəlməyəcək.
O da bizim yerlidir.
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.
6.
Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz? Yatdığım yerdə birdən görürəm səs gəlir.
ışığı yandıran kimi tanış olmayan birini görürəm.
Rəfiqələri soruşrlar:
- Bəs neynədin? Bir söz demədin?
- Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni.
7.
- Ana! Anaaa!... Atam özünü asıb!
- Harda?
- Yataq otağında....
Ana qorxmuş halda yataq otağına gəlir və heç nə görmür.
- Ana, bu bir aprel zarafatı idi.
Atam özünü yataq otağında yox, mətbəxdə asıb.
8.
Pərviz qapını açıb tez-tez onlara qonaq gələn bir kişini gördü.
O, uşaqdan
soruşdu:
-Atan evdədir?
Uşaq cavab verdi:
-Bəli Sabir əmi.
-Bəlkə onun işi var?
-Xeyr, Sabir əmi, atama xoşdur,
çünki pəncərədən baxanda sizi görüb dedi ki,
“elə bir onun yeri əskik idi”.
9.
Kiçik
Pərviz sirkdə gördüyü möcüzələrdən atasına danışırdı:
-Gözbağlayıcı bir dəqiqədə 2000 manat pulu iki dəsmala çevirdi.
Atası başını oynadaraq dedi:
-Anan ondan da mahirdir, bir neçə gün bundan əvvəl yarım dəqiqə ərzində
200.000
manat pulu tülkü quyruğundan hazırlanmış gülünc bir papağa çevirdi
10.
Müəllim: Pərviz, bu ki dünən qardaşının it haqqında yazdığı inşanın eynisidir.
Pərviz:
Bəli, müəllim, bizim ikimizin bir iti var.
11.
Otaqda on dörd dərəcə hərarət olanda Əhməd pəncərəni açdı.
Atası soruşdu:
-Pəncərəni niyə görə açırsan? Çöldə dörd dərəcə hərarət var.
-Elə ona görə açıram ki,
bayırdan dörd dərəcə də içəri daxil olsun bir az
qızışaq.
-deyə Əhməd cavab verdi.
12.
Kiçik
Əli anasına dedi:
-Ana can, deyəsən bizimlə üz-üzə yaşayan qonşular xəsisdirlər.
-Necə, ana qurban?
-Çünki uşaq bircə qəpiyi udub, onlar gör necə çığır-bağır salıblar.
13.
Axşamçağı ata qızlarını yanına çağırıb nə iş gördüklərini soruşur:
Böyüyü deyir:
-Mən bütün qab-qacağı təmiz yudum.
Ortancılı deyir:
-Mən onları dəsmal ilə quruladım.
Ən kiçiyi isə mızıldadı:
-Mən də onların qırıntılarını yığışdırdım.
14.
Müəllim yolla gedir. Görür ki, balaca uşaqlar araq içir
, siqaret çəkir və kart
oynayırlar. Müəllim deyir:
-Siz niyə görə məktəbə gedmirsiz?
-Harda görmüsən ki, beş yaşında uşaqlar məktəbə gedsinlər.
15.
Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
16.
Ata, yemək istəyirəm!
- Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim!
17.
Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar.
Divarların birində Məmmədqulu
şəkillər görür.
Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız?
Polis işçisi: Bəli
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?
18.
Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi
maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...
19.
Bir gün bir uşaq dəniz sahilində gəzirmiş.
Birdən bir lampa görür və lampaya
təpik vurur.
Lampanın içindən bir cin çıxır və deyir:
- Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın.
İndi məndən nə
istəyirsən denən.
- Üzr istəyirəm...
20.
Ana Balasina deyir:
- Bu sıyığı yeməsən cinləri çağıracam.
- Ana, sən fikirləşirsən ki, cinlər bu sıyığı yeyəcək?
21.
Ana 6 yaşlı oğluna:
- Sən yenə yeni şalvarla xizəkdən yıxılmısan!
- Ana, mən çox tez yıxıldım, ona görə də şalvarımı çıxarmağa macal tapmadım.
22.
Bir uşaq bərbərxanaya gəlir:
- Mənim saqqalımı qırx.
Bərbər uşağın üzünü sulayır və oturub qəzet oxumağa başlayır.
- Sənə dedim axı saqqalımı qırx
- Üzünü sulamışam, gözləyirəm saqqalın çıxsın.
23.
İki nəfər göbələk yığmağa getdilər. Qayıdanda bundan soruşurlar:
- Nə oldu, necə getdiz?
- Yaxşı!...
- Çox göbələk yığdız?
- 3 dənə. İkisini mən birini də traktor sürücüsü?
- Nə
traktor?
- Bizi göbələk yığarkən düşdüyümüz bataqlıqdan çıxaran traktor.
24.
Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır:
- Ata, sən yatmısan?
- Hələ
yox.
- Onda mənə bir şirvan ver
- Oğlum mən yatmışam
25.
Molladan bir gün soruşurlar:
- Molla, ölü aparanda tabutun qabağında olmaq yaxşıdır ya dalında?
Molla deyir:
- Özünüz bilərsiniz. Harasında olursunuz olun, içində olmayın.
26.
Qız anası ilə həkimə gedir.
Həkim qıza deyir:
- Lütfən soyunun!
Anası tez dillənir:
- Oğlum, xəstə o deyil, mənəm!
Həkim deyir:
- Lütfən dilinizi göstərin.
27.
Alıcı satıcıya:
-Salam, bu ayaqabi neçəyədir?
-500$
-Dəhşət!!!
-Bəs bu?
-2 dənə dəhşət :D
28.
Meşə heyvanlarından 1-i ağlayır. Dovşan yaxınlaşıb qollarını çırmalayaraq soruşur:
- Xətrinə kim dəyib???
Heyvan ağlaya-ağlaya:
"Şir;" cavab verir.
- Dovşan çırmaladığı qollarını aşağı salır:
- Şir dəyibsə, əcəb eləyib!
29.
Bir gün Təməllə Dursun qərara gəlirlər ki, Afrikaya ova getsinlər. Nəisə, gədirlər, bir həftə sonra qayıdıb gəlirlər. Başlayırlar başlarına gələnləri danışmağa:
Birinci gün getdik 5 dənə aslan vurduq, 3 dənə kərgədan vurduq, 1 dənə də No Please! vurduq.
İkinci gün 4 dənə zürafə vurduq 5 dənə begemot 3 dənə də No Please!. 3-cü gün ovumuz lap uğurlu oldu. Elə ova təzə başlamışdiq ki, 5 dənə No Please! birdən vurduq. Bu yerində Təməlin sözünü kəsib soruşurlar. Bəs bu No Please! hansı heyvandır elə?
Dursun deyir: Biz də bilmirdik, kolların arasından insana bir az bənzəyən qara-qara yaratıklar çıxıb elə bizə No Please! deyirdilər. Biz də onların adını No Please! qoyduq...
30.
Demeli bir gun bir kishi olur canlara deyen kishi olur haa..! Olan Kimide olur. :-)
31.
Bir qızla oğlan skamyada otururlar və oğlan deyirki, dişim ağrayır,qızsa deyir:
-Gəl öpüm keçsin...Sonra oğlan deyir gözüm ağrayır, qız deyir gəl öpüm keçsin, neyse, bu məsələ uzun çəkir,oğlan deyir oram ağrayır, buram ağrayır,qızsa elə öpür. Birdən uzun müddət bunları kənardan izləyən qoca kişi yaxınlaşır və qıza deyir:
-Qızım sən babasili müalicə edə bilərsən!?
32.
Bir gün yaponlar bir robot düzəldirlər. Bu kəllə olur. Yəni bütün suallara cavab verir.
Hər ölkədən bir alim sual verir, bu da cavab tapır. Azərbaycanlı gəlir robota nə isə deyir robot fikirləşir və partlayır. Soruşurlar nə dedin ki?
Deyir ki, dedim nə var, nə yox?. Sonra alimlər buna başa salırlar nə var, nə yox sualını da. Sonra yenə gəlir salam verir. Nə isə deyir robot yenə partlayır. Soruşurlar indi nə dedin?. Deyir: dedim ki, ayrı nə var, nə yox?.
33.
çukça öznə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.
34.Bundan var 38-də
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
35.
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin: adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
36.
Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar.
-Həkimlər: “çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamam böcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamam böcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
37.
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
42.
Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
43.
İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
44.
Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.
45.
İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
46.
İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?
47.
Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
48.
İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
49.
Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??
50.
Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
51.
İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan!
- Sən özünsən axmaq!
Bunu görən bir oğlan uşağı yaxınlaşır:
- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.
52.
Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin
53.
Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.
54.
Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.
55.
Həkim, “ənənəvi narkoz” nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına...
56.
Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
57.
Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
58.
Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.
59.
Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: “ıçki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: “Əskərlər ölməz.”
60.
Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir. (eskerlikden qachanlar)
61.
Almaniyada müharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb? şəhərdə cüt gəzmək olmaz.
ıki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.
62.
İkindi dünya müharibəsi illərində bir şotlandiyalı əlini amerika əsirlərinə uzadıb fransızdan soruşur:
- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar nə uğrunda döyüşürlər??
63.
Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.
64.
Magazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.
65.
Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.
66.
Bir tacir zinət əşyaları satır. Hər gün müəyyən saatda işini öz meymununa tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Ogru gözlərini bağlayır deyir lyalya. Meymun bunu edəndə oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra. Tacir meymuna tapşırır ki, bir təkrar olunsa səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb çırpır oğrunun başına və deyir:
- ala
67.
Telefon zəng çalır. Kişi dəstəyi qaldırır və xəttin o biri tərəfindən səs gəlir:
- Alo! Sevgilim sənsən?
- Bəli mənən. Bəs kimdi danışan?
68.
ıki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.
69.
ıki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.
70.
Müəllim-müəllimə deyir:
-Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. ıkinci dəfə izah etdim, yenə də başa düşmürlər. üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.
71.
Sən haçan ikini düzəldəcəksən?
-Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.
72.
Sən niyə görə çantanı məktəbdə qoymusan?
-Bəyəm onu da gündəliklə birliktə tullamaq lazım idi?
73.
Müəllim Əlidən soruşur:
- Böyüyəndə nə olmaq istəyirsən?
- Əlbəttə ki, memar. özümə küncü olmayan ev tikəcəm.
- Niyə görə küncü olmayan?
- Bezdirib məni bu künclər!..
74.
Abituriyent imtahandan gəlir. Valideynləri sevincək halda onun üzərinə atılırlar:
- Hə, necə keçdi?
- Heç, imtahan götüən dindarın biri idi. Mən hər dəfə cavab verəndə deyirdi: - Aman allah!!!
75.
Əgər sən şalvarının sağ cibindən altı min, sol cibindən dörd min pul tapsan ....
-Deməli, mən başqasının şalvarını geymişəm.
76.
Ana oğlundan soruşur:
-Nəsə mən sənin gündəliyini görmürəm.
-Gündəliyimi Həsən götürüb, valideynlərini qorxudmaq üçün.
77.
Professor imtahan vaxtı tələbədən soruşur:
- Yer nə formadadı?
- Kürə formasında.
- Necə sübut etmək olar?
- Mən məcbur eləmirəm ki, olsun kub şəklində.
78.
Uşaq evə gəlib valideynlərinə deyir:
-Bilmirəm nə ilə mənim müəllimimin xoşuna gəlmisiz o, sizi bir daha görmək istəyir.
79.
Molla bazarda bir dəstə adama rast gəlir.Baxır ki, ortalığa yağ-bal qoyub, çox iştah ilə yeyirlər. Yaxınlaşıb deyir:
-Salaməleyküm, ay paxıl görməmişlər!...
Adamlardan biri deyir:
-Molla bu nə sözdür? Biz paxıl deyilik. çox səxavətli, çox da gözü-könlü tox adamlarıq.
Molla tez yağ-balı öz qabağına çəkib,başlayır yeməyə ki:
-Görürsən, ay Allah, mən nə böyük səhv eləmişəm. Bunlar doğurdan da səxavətli adamlar imişlər. Keç mənim günahımdan.
80.
Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.
81.
Sən içirsən???
- Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə.
82.
Əgər sizə uzun müddət zəng etmirlərsə.
Deməli dostlarınızın heç bir problemi yoxdur.
83.
ıki zənci, bir azərbaycanlı balıq tutmağa gedirlər. Bunların qabağına qızıl balıq çıxır. Qızıl balıq bunlara deyir ki, məni tutmayın sizin arzularınızı yerinə yetirim. Onlar razılaşırlar. Zəncinin biri deyir ki, məni ağ elə. Balıq eləyir. ıkinci zənci deyir ki, mənim də dərim ağ olsun. Onu da ağardır. Növbə gəlir azərbaycanlıya. Balıq deyir ki, sən nə istəyirsən? Azərbaycanlı deyir: iksini də qaralt.
84.
Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
- Süpürgəni açın.
Açdılar.
- çöplərini sındırın.
Sındırdılar.
- ındi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
Sındırdılar.
- Lənət sizə, mən sizə ağıllı bir şey demək istəyirdim, amma ağlıma bir şey gəlmədi.
85.
Beynəlxalq sərgi zamanı ispaniyalı bir kişi və isveçli bir qadın mehmanxanada qonçu otaqlarda yaşayırlar. Axşam ispan əlində bir şüşə şərabla isveçlinin qapısını döyür:
- Kimdi?
- Xuan Karlos Emanuel da Silva.
- Girin, amma bir-bir.
86.
Deyirlər hindlərdə iki cür qəbirsanlıq olur:
Birində yaxşı adamları basdırırlar, o birində ölən adamları.
87.
ıki fransız rastlaşır:
- Jan, xəbəriniz var?
- Nədən?
- Sizin arvadınız məni kiminləsə dəyişmək istəyir!..
88.
Bir balıqçı qızıl balıq tutur. Qızıl balıq deyir:
- Məni burax sənin 3 arzunu yerinə yetirəcəm.
- Mən səndən bircə şey istəyəcəm. Mənim bütün arzularımı yerinə yetir.
89.
Nə hədiyyə etsəm yaxşı olar: bir dənə böyük, yoxsa çoxlu kiçik?
- çoxlu kiçik
- Onda, mən sənə çoxlu semiçka hədiyyə edəcəm.
90.
Müstəntiq arvadını boğan adamı məhkəmədə dindirir.
Qatil:
- Allah rəhmət eləsin.
91.
Qapı döyülür. Cərrahın altı yaşlı qızı qapını açır.
- Salam, həkim evdədir?
- Yox, o əməliyyat etməyə gedib. Kiminsə appendisitini kəsmək lazım idi.
- Oooy, belə ağır sözlər danışma. Sən bilirsən appendisit kəsmək nə deməkdir???
- Əlbəttə ki, həmin gecə evə 1000 dollar gətirmək…
92.
Daim ölməyən bir nəfər “Kamaz”ın altına atır özünü, sonra elektrik naqillərindən sallanır, sonra özünü binanın başından atır….bir sözlə əylənir.
93.
Sizin qohumunuzu tok öldürüb!
- Bu necə baş verdi?
- Akkumlyator başına düşdü...
94.
Yeni üzərində Amerika bayrağı olan xalça buraxılıb. Bir nəfər bunu alır və evdə öz evinə vurur:
- Amerikanı plintusun altına sal.
95.
Bir nəfər televiziya kanalına məktub yazır:
“Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir”
96.
Həmişə Metronun ağzında durub dilənən Həsənqulunun yerində başqasını görən Məmmədəli soruşur:
- Bura Həsənqulunun yeri idi, sən niyə oturmusan?
- İcarəyə götürmüşəm.
97.
Əgər meşədə pianino görsəniz, deməli orda inteligent partizan yaşayır...
98.
Elan:
Diqqət “çoxlu pul qazanmağın 1000 sadə üsulu” kitabının çapı üçün sponsor axtarılır.
99
Cavan vəkil atasının yanına gəlir:
- Ataa, məni təbrik et. Sənin neçə il uda bilmədiyin məhkəməni uddum.
- Axmaq, mən ömrüm boyu həmin məhkəmini uduzmaqla dolanırdım.
100.
Kupedə iki yəhudi gedir. Qoca fikirləşir: "Görəsən mənim qonşum hara gedir? Yəhudi ya Odessaya, ya da Jmerinkaya gedə bilər. O Odessaya gedə bilməz, çünki çox cavandır. Deməli, gedir Jmerinkaya. Jmerinkaya ya yasa, ya da ki, toya getmək olar. Bildiyimə görə Jmerinkada hələ heç kəs ölməyib. Deməli, o toya gedir. Onun hədiyyəsi yoxdur, deməli, o öz toyuna gedir. Jmerinkada ya Sofayla, ya da Sarayla evlənmək olar. Bildiyimə görə Sara artıq ərə gedib. Sofayla yalnız axmaq evlənə bilər!" Qoca gənc qonşusuna müraciət edir:
- Bağışlayın, siz Rabinoviçin oğlu deyilsiniz?
- Bəli, siz necə tapdınız?
- Mən tapmadım, mən hesabladım!
101.
ıki nəfər bayram məclisindən çıxıb evə gedir. Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər. Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar. Birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər:
- Siz burda nə edirsiz. Az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!!
Qarı qışqıraraq:
- Bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında. Onu düzəldirəm bayaqdan!
102.
ıki dost restoranda otururlar. Yeyib içməkdən sonra, ofisiantdan çay gətirməsini xahiş edir:
- Ofisiant, bizə çay gətirin. Amma sən allah bax gör stəkan təmiz olsun.
Bir neçə dəqiqədən sonra ofisiant çay gətirir:
- Buyurun bu sizin çayınız. Kim təmiz stəkanda çay istəmişdi, bu da onun çayı.
103.
Bir kişi restorana gəlir, konyak sifariş edir. Ofisiant gətirir. Kişi deyir:
- ındi başlayacaq.
ıkinci dəfə sifariş edir.
Ofisiant gətirir kişi deyir:
- ındi başlayacaq...
üçüncünü sifariş edir. Ofisiant gətirir. Ofisiant soruşur:
- Sizin pulunuz var??
- Başladı....
104.
Ofisian, mən 3 dənə yumurta istərdim.
- Kim istəməz ki?
105.
Ofisiant müştəriyə yaxınlaşır:
- Siz içirsiniz?
- Yox mən sükan arxasındayam.
5 dəqiqədən sonra ofisiant əlində badə ilə araq həmin müştəriyə yaxınlaşır:
- Siz artıq içə bilərsiniz, sizin maşınınızı oğurladılar.
106.
MDB dövlətlərinin gömrük işçilərində BMW almaq üçün nə qədər işləməli olduqları barədə soruşurlar:
Gürcü gömrükçüsü cavab verir:
- Beş-altı ay.
Ukraina:
- İki-üç ay.
Rus:
- İl yarım
- Sual verirlər niyə???
- Bilisiniz, yaman böyük şirkətdir...
107.
Nyuton elmi işlə məşğul olarkən dostları gəlirdilər və ona mane olurdular.
Nyuton qapının dalına yazır ki, “Nyuton evdə yoxdur”. Bunu görən dostları geri qayıdarmışlar.
Bir gün Nyuton özü evə gələndə bu yazını görüb geri qayıdır.
108.
Eynşteyn Haim Veysmanla gəmidə gedirlərmiş. Bunlardan başqa gəmidə digər tanınmış adamlar da var idi. Veysman bu barədə yazır:
“Eynşteyn hər gün mənə öz qanunlarından danışırdı, mən ABş-a gələndə bildim ki, o bunların hamısını başa düşür.”
109.
Hüseyn Arif bir dəstə cavanla yol gedirmiş. Birdən dayanıb təəccüblə soruşur:
- Ay uşaqlar, mən niyə axsayıram?
- Hüseyn müəllim, ayağınızın biri səkidə, o biri asfaltdadır. Aşağı düşsəniz axsamazsınız.
110.
Hüsen Arif dostlarından biri ilə görüşür və hal-əhval tutur.
-Hə nə var, nə yox, atan necədir?
-çox sağ ol, indi yaxşıdı. Yaman xəstələnmişdi. Qan təzyiqi , ürək bir-birinə qarışmışdı. Həkim güclə qurtardı.
Dostu gözləyir ki, Hüseyn ona ürək-dirək verəcək. Amma qəribə "təskinlik" eşidir.
- Mənim başım yaman qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. öləndə mütləq xəbər ver.
111.
Hansı iki söz bizim institutda yayılmışdır?
-Mən bilmirəm ...
-Doğru deyirsən
112.
Müəllim: Qulağ as, mən sənə üçüncü dəfədir ki, üç verirəm. Belə olmaz, niyə görə oxumursan? Oxumaqdan hələ heç kəs ölməyib.
Tələbə: Bilirəm, amma risk etmək istəmirəm.
113.
Əgər dekan sözlərini geri götürməsə, mən bu universitetdən gedəcəyəm.
-O, sənə nə dedi ki?
-O, dedi ki: “çıx ged institutdan”
114.
Ac tələbələr mehmanxanada arzulayırlar:
-ındi burda ət olsaydı ...
-Bəlkə donuz saxlayaq?
-Nə danışırsan, çirk, iy, üfunət ...
-Eybi yox, öyrəşər.
115.
İmtahan gedir. Müəllim izah edir:
-Beşlik sual. Gərginlik nə ilə ölçülür?
-Dördlük sual. Gərginlik nə ilə ölçülür: a)voltmetr b)ampermetr c)ommetr
-üçlük sual. Gərginliyi voltmetrlə ölçürdülər?
116.
Tələbə şikayətlənir:
-Professor mən iki almağa layiq deyiləm!
-Bilirəm, amma bağışla ikidən aşağı qiymətimiz yoxdur.
117.
Müəllim yolla gedir. Görür ki, balaca uşaqlar araq içir, siqaret çəkir və kart oynayırlar. Müəllim deyir:
-Siz niyə görə məktəbə gedmirsiz?
-Harda görmüsən ki, beş yaşında uşaqlar məktəbə gedsinlər.
118.
Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
119.
Ata, yemək istəyirəm!
- Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim!
120.
Ana, bəs düzdür ki, bütün insanlar meymundan əmələ gəlib.
-Hə, balam, düzdür.
-Mən də?
-Sən də.
-Sən də?
-Mən də.
-Bəs səndə şəklin qalıb?
121.
Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız?
Polis işçisi: Bəli
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?
122.
Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...
123.
Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
124.
Ogul atasına yaxınlaşır:
- Ata alkaş nə deməkdi?
- Bax o dörd dənə ağacı görürsən? Alkaş elə bilir orda 8 ağac var.
- Ata, orda 2 ağac var.
125.
Bir gün bir uşaq dəniz sahilində gəzirmiş birdən bir lampa görür və lampaya təpik vurur. Lampanın içindən bir cin çıxır və deyir:
- Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. ındi məndən nə istəyirsən denən.
- üzr istəyirəm...
126.
Bu sıyığı yeməsən cinləri çağıracam.
- Ana, sən fikirləşirsən ki, cinlər bu sıyığı yeyəcək?
127.
Ana 6 yaşlı oğluna:
- Sən yenə yeni şalvarla xizəkdən yıxılmısan!
- Ana, mən çox tez yıxıldım, ona görə də şalvarımı çıxarmağa macal tapmadım.
128.
Oğlum, sabah sənin 5 yaşın tamam olur. Gözəl bir tort bişirəcəyəm üztünə də 5 dənə şam qoyacağam
- Ana, yaxşı olar ki, 5 dənə tort bişirəsən üstünə də bir şam qoyasan
129.
ABş-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.
130.
Çox simic bir ailə olur.Bir gün bu ailənin uşağı dərsdən evə gəlir və atasına deyir:
- Ata! Bu gün dərsdən evə gələndə marşruta minmədim, arxasiyca qaçdım, beləliklə 20 qəpik özümə qaldı.
- Atası isə deyir:
- "Ay bala ondansa taksinin dalinca qaçardın 1 manat özünə qalardı da."
[Göndərdi: Aqil Nuriyev ]
131.
3 dost söhbət edir. 1-ci dost deyir:
- Mənim arvadım çox kitab oxuyandır, axırıncı dəfə " 3 bacı " nağılını oxudu, 3 qızım oldu.
2-ci dost deyir:
- Mənim arvadım " 3 Muşketyor " əsərini oxudu, 3 oğlum oldu.
3-cü dostun ürəyi gedir. Tez onu ayıldırlar və nə olduğunu soruşurlar. O, deyir:
- Mənim arvadım " Əli baba və 40 quldur " nağılını oxuyub.
[Göndərdi: Aqil Nuriyev ]
Bütün haqlar qorunur..!