İqtisadiyyatımız


     Tarixi ədalət - 1991-ci ilin axırında dövlət müstəqilliyi bərpa olunandan sonrakı ilk illərdə Azərbaycan olduqca mürəkkəb yol keçmişdir. ölkə Ermənistanın bilavasitə hərbi təcavüzünə, nəqliyyat blokadasına məruz qalmış, dərin daxili-siyasi böhranla, vətəndaş müharibəsi təhlükəsi, dövlət çevrilişi cəhdləri, xalq sərvətinin talan edilməsi və daрıdılması ilə üzləşmişdir. Bu dövrdə icra hakimiyyətinin iqtisadiyyatda islahatlar aparılmasında ardıcıl və sistemli siyasət sahəsində konkret fəaliyyət proqramı olmadıрından mərkəzləşdirilmiş planlaşdırma və bölgü sistemini bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni istiqamətə yönəltmək prosesini tənzimləmək üçün qəbul edilən qanunlar və normativ aktlar gerçəkləşdirilməmiş qalırdı. Son dərəcə bərbad büdcə, pul-kredit siyasəti və xarici iqtisadi siyasət, inflyasiyanın makroiqtisadi şərait üçün nə qədər fəlakətli olmasının dəqiq təsəvvür edilməməsi müəssisələrin maliyyə vəziyyətinin durmadan pisləşməsinə, əslində, bütün maliyyə-bank sisteminin daрılmasına gətirib çıxardı.
     Keçmiş SSRI müəssisələri arasında ənənəvi təsərrüfat əlaqələrinin pozulması, habelə Azərbaycan məhsullarının bu məkanda satış bazarının itirilməsi vəziyyəti daha da aрırlaşdırırdı. Bazar iqtisadiyyatının ayrı-ayrı elementlərinin, xüsusilə ticarət, xidmət, nəqliyyat, vasitəçi-təchizat və bank fəaliyyəti sahəsində, meydana çıxması prosesi kortəbii və formal xarakter daşıyır, bir çox hallarda isə kriminal məqsəd güdürdü. Xarici ticarət fəaliyyəti, habelə zəruri təşkilati-hüquqi baza yaradılması sahəsində təcrübəsizlik ona gətirib çıxardı ki, müəssisələr, xüsusilə yeni yaranmış bazar strukturları, bir qayda olaraq, qazanc məqsədilə yüz milyonlarla dollarlıq neft məhsullarını, alüminiumu, pambıрı və digər məhsul növlərini dünya qiymətlərindən xeyli aşaрı qiymətə ixrac edirdilər. Bunun nəticəsində respublikaya təkcə böyük maddi ziyan vurulmurdu. Həm də əsla az əhəmiyyət kəsb etməyən cəhət bu idi ki, əldə olunan valyutanın xeyli hissəsi xarici banklara köçürülürdü.
     1992-1993-cü illərdə sosial gərginliyi aradan qaldırmaq üçün mütəmadi olaraq görülən tədbirlər - əmək haqqının vaxtaşırı 2-3 dəfə artırılması, minimum əmək haqqı səviyyəsinin müəyyən edilməsi, çoxsaylı güzəştlərin tətbiqi və s. respublikanın real imkanları ilə uzlaşdırılmadıрından inflyasiyanı daha da sürətləndirirdi. ölçülüb-biçilməmiş xəzinə və pul siyasəti üzündən maliyyə-bank və xarici ticarət fəaliyyəti sahələrində ciddi problemlər meydana çıxdı: 1) büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-dək artdı; 2) bütün büdcə kəsiri milli bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; 3) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45%-ni təşkil edirdi; 4) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60% təşkil edirdi;
     5) 1994-cü ildə milli bankın faiz dərəcələri 250%-ə çatdı; 6) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABş dollarına nisbətdə isə 245 dəfə aşaрı düşdü; 7) 1994-cü ildə illik inflyasiya 1600%-dən də çox olub aрlasıрmaz həddə çatdı; 8) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azaldı. Yuxarıda göstərilən, habelə digər obyektiv və subyektiv səbəblər iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin görünməmiş tənəzzülü nə gətirib çıxardı. 1993-cü ilin sonunda Azərbaycan dərin sosial-iqtisadi böhran keçirirdi. əslində ölkə iqtisadiyyatı idarəolunmaz hala düşmüşdü. Azərbaycan xalqının təkidli tələbi ilə respublikanın rəhbərliyinə zamanın sınaqlarından çıxmış qeyri-adi şəxsiyyət - Heydər яlirza oрlu яliyev gəldi və tezliklə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının prezidenti seçildi.
     Onun titanik səyləri sayəsində və həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində 1994-cü ilin sonunda respublikada nisbi ictimai-siyasi sabitliyi təmin etmək mümkün oldu ki, bu da ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə real qorxunu aradan qaldırmaрa və təxirə salınmadan geniş miqyaslı sosial-iqtisadi islahatlar aparılmasına başlamaрa imkan verdi. 1994-cü ilin sentyabrında dünyanın ən iri neft şirkətləri ilə "яsrin müqaviləsi"nin baрlanması ölkədə sabitliyin bərqərar olmasının əyani sübutu idi. Bu müqavil ə Azərbaycanı dünya iqtisadi sisteminə qovuşduran tarixi hadisə idi. Praktik olaraq, bütün beynəlxalq iqtisadi və maliyyə-bank təsisatları ilə daha sıx əməkdaşlıq yaratmaq və inkişaf etdirmək üçün addımlar atılmışdır. Onların texniki yardımı və məsləhəti ilə 1995-1999-cu illərdə Azərbaycan hökumətinin üç iqtisadi proqramı işlənib hazırlanmış və ümumən uрurla həyata keçirilmişdir.
     Həmin proqramlar makroiqtisadi sabitliyi, struktur dəyişikliklərin aparılmasını, iqtisadi artımın bərpasını və əhalinin rifah səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Sərt büdcə, pul-kredit, vergi, gömrük siyasəti və real sosial siyasət aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması, habelə müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması (dövlət sifarişinin, kvota, lisenziyalaşdırma sisteminin ləрvi və s.) nəticəsində ümumi daxili məhsulun real həcminin aşaрı düşməsini dayandırmaq, büdcə kəsirini və inflyasiyanı yol verilən səviyyədə sabitləşdirmək, əhalinin rifah halının aşaрı düşməsini dayandırmaq, iqtisadiyyatın inkişafını bütövlükdə bazar tənzimləyicilərinin təsiri altına keçirmək, o cümlədən: ölkə iqtisadiyyatının və həyat fəaliyyətinin bütün sahələrində islahatlar prosesini tənzimləyən 250 qanun və 700-dən çox digər normativ-hüquqi aktlar qəbul etmək;
     büdcə kəsirini ümumi daxili məhsula nisbətdə 1-2 faizə endirmək və onun milli bankın kreditləri hesabına ödənilməsini dayandırmaq; sosial ehtiyaclar üçün dövlət xərclərini 50%-dən də çox həddə çatdırmaq; milli bankın kredit faizl ərini 10%-dək azaltmaq; ölkənin 5-6 aylıq idxalına bərabər olan və valyuta bazarında səmərəli şəkildə manevr etmək imkanı verən sanballı qızıl-valyuta ehtiyatı yaratmaq; milli valyutanın - manatın məzənnəsini sabit valyutalara nisbətdə möhkəmləndirmək; pul və çek hərracları vasitəsilə özəlləşdirmə prosesinə başlamaq;
     1,3 milyon hektardan çox əkin yerini, alqı-satqı hüququ verilməklə, təmənnasız olaraq kənd sakinlərinə paylayaraq torpaq islahatı keçirmək; xarici iqtisadi fəaliyyəti köklü surətdə liberallaşdırmaq; bu isə əmtəənin və xidmətlərin xarici ticarət dövriyyəsini tədiyə balansı üzrə 3,9 milyard dollara çatdırmaрa, yaxud 1994-cü il səviyyəsindən 2,5 dəfə artırmaрa imkan vermişdir; bir sıra struktur dəyişiklikləri aparmaq - 25-ə yaxın nazirliyi, dövlət konserni və birliyini ləрv etmək, onlarca səhmdar cəmiyyətləri yaratmaq, kvotalaşdırma sistemini, ixrac və s. üçün vergini ləрv etmək; dünya ticarət təşkilatına daxil olmaq üçün böyük hazırlıq işi aparmaq mümkün olmuşdur.
     öçəlləşdirmə və torpaq islahatı, habelə iqtisadiyyatın özəl sektorunun inkişafı üçün əlverişli şərait yaradılması nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı 1994-cü ildəki 29%-dən 2000-ci ildə 68%-ə çatmış, o cümlədən sənayedə 44% (2,1%), kənd təsərrüfatında 98% (57%), sərmayə qoyuluşunda 52% (39%), sərnişin avtonəqliyyatında 85,6(14,3), ticarətdə 98% (83%), təhsildə 20%, səhiyyədə 38%, kommunal təsərrüfatında 79% olmuşdur. Son səkkiz ildə əlverişli investisiya mühiti yaradılması sayəsində xarici kapital axınının fəallaşması xüsusilə vurрulanmalıdır. 1993-cü ilə qədər Azərbaycan iqtisadiyyatına xaricdən bir dollar da cəlb edilməmişdisə, 1994-2000-ci illərdə 5,5 milyard dollar birbaşa xarici sərmayə cəlb və istifadə etmək mümkün olmuşdur. Onun 3,3 milyardı (60%) neft sektorunun, 2,2 milyardı infrastrukturun və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir.
     Xarici kapitalın respublikaya cəlb olunması tikinti sənayesinin, nəqliyyatın, rabitənin və iqtisadiyyatın digər xidmət sahələrinin işinin bərpasına kömək etmişdir. Yerli podratçı təşkilatlar bir çox tenderlərdə qalib gələrək, təkcə son beş ildə xarici şirkətlərin sifarişi ilə təqribən 600 milyon dollarlıq iş görmüşlər. Hazırda xarici maliyyə hesabına yaradılmış bütün istehsal və qeyri-istehsal obyektlərində nisbi yüksək əmək haqqı ilə 50 minə yaxın Azərbaycan vətəndaşı işləyir. Son illərdə xarici investisiya ilə yanaşı, daxili maliyyə mənbələri hesabına kapital qoyuluşu böyük sürətlə artır. Təkcə 1995-2000-ci illərdə büdcənin, müəssisələrin və əhalinin vəsaiti hesabına yeni istehsal obyektlərinin və sosial obyektlərin yaradılmasına, fərdi mənzil tikintisinə 9,7 trilyon manatdan çox (2,3 milyard dollar) vəsait (o cümlədən sənayenin inkişafına 52%, mənzil-kommunal təsərrüfatına 29%, nəqliyyat və rabitəyə 9%, ticarət və mədəniyyət mərkəzlərinin, ticarət və məişət obyektlərinin, mehmanxanaların və s. tikintisinə 10%) yönəldilmişdir.
     Xarici ticarət fəaliyyətinin liberallaşdırılması və ixrac-idxal əməliyyatları prosedurunun rəsmiləşdirilməsinin xeyli sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin etmişdir. 2000-ci ildə Azərbaycan dünyanın 123 ölkəsi ilə (1994 ildə 57 ölkə) ticarət münasibəti yaratmışdır. Xarici ticarət əmtəə və xidmət dövriyyəsi 3,9 milyard dollar olmuşdur ki, bu da 1994-cü ildəkindən təqribən 2,5 dəfə çoxdur. Həm də, xarici ticarət dövriyyəsinin saldosu təqribən 400 milyon dollar müsbət olmuş, xarici ticarətin ümumi həcmində sərbəst dönərli valyuta ilə aparılan ixrac-idxal sövdələşmələrinin payı 1994-cü ildəki 31%-dən 67%-ə yüksəlmişdir. Azərbaycan hökumətinin iqtisadi siyasətinin strateji məqsədi əhalinin rifahının yüksəldilməsi, firavan gələcəyə ötən illərdə, əslində, itirilmiş inamının qaytarılması olaraq qalmaqdadır. Son altı ild ə istehlak bazarında hər hansı qıtlıq aradan qaldırılmışdır.
     Mal dövriyyəsinin və xidmət ödənişlərinin böyük sürətlə artması (1995-2000-ci illərdə orta hesabla müvafiq olaraq ildə 14 və 4 faiz) ödəmə qabiliyyətinin yüksəldiyini sübut edir. Bu illər ərzində əhalinin real pul gəlirləri 2,52 dəfə, işləyənlərin əmək haqqı isə 13,8 dəfə artmışdır. Bütün bunlar inflyasiya prosesinin praktik olaraq aradan qaldırılması ilə yanaşı baş vermişdir. Həm də, əhalinin mal almaq və xidmət üçün xərcləri ilbəil azalır ki, bu da mədəni-maarif tələbatlarının ödənilməsi məsrəflərinin artdıрına sübutdur. Mərkəzi planlaşdırma və bölgü sisteminin bazar münasibətlərinə əsaslanan sistemə köklü transformasiyası prosesində müəyyən səhvlər, obyektiv sosial qüsurlar ola bilərdi, bəzən tənzimləyici hüquqi aktlarda ziddiyyətlər üzə çıxır, qərarların qəbul edilməsində ləngliyə yol verilirdi. Bununla belə, tamamilə yeni dövlət münasibətləri sisteminin əlamətləri aydın nəzərə çarpır, əldə edilmiş diqqətəlayiq nəticələr aparılan iqtisadi dəyişikliklər xəttinin doрru olduрunu göstərirdi.
     Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə müstəqil xarici ekspertlər də bu qənaətə gəlmişlər. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra keçdiyi bütün sosial-iqtisadi inkişaf yoluna nəzər salsaq, vəziyyətin kökündən dəyişməsinin iki mərhələsini görmək çətin deyil: birinci mərhələ (1991-1994-cü illər) - iqtisadiyyatın və əhalinin rifah səviyyəsinin hiperinflyasiya ilə müşayiət olunan fəlakətli şəkildə aşaрı düşməsi nəticəsində ölkənin dərin iqtisadi tənəzzülü və iqtisadiyyatın tam idarə olunmazlıрı; ikinci mərhələ (1995-2000-ci illər) - makroiqtisadi sabitliyin təmin olunması, strukturun yenidən qurulması və ölçülüb-biçilmiş iqtisadi islahatlar siyasəti aparılması sayəsində iqtisadiyyatın və əhalinin rifah səviyyəsinin dinamik inkişafı.
     şübhəsiz, bu inkişaf mərhələsində qazanılmış sosial-iqtisadi nailiyyətlərin hamısı bütünlüklə ictimai-siyasi sabitliyi təmin edə bilmiş Azərbaycan Respublikasının prezidenti Heydər яliyevin adı ilə baрlıdır. Sabitlik yaradılmadan ümummilli və məqsədyönlü iqtisadi islahat proqramlarını həyata keçirmək mümkün olmazdı. Azərbaycan yeni yüzilliyə daha sürətli iqtisadi inkişafa təminat verən etibarlı zəminlə qədəm qoymuşdur. „oxlu problemləri həll etmək lazım gəlir. Axı, söhbət təkcə artıq əldə olunmuş nəticələrin möhkəmləndirilməsindən deyil, həm də infrastruktur daxil olmaqla, bütün iqtisadi kompleksin modernləşdirilməsindən, habelə tam bir sıra sosial vəzifələrin həllindən gedir. XXI əsrdə dünya iqtisadi proseslərinin qloballaşdırılması şəraitində Azərbaycan iqtisadiyyatın dörd seqmentinin - yanacaq-energetika ehtiyatları, ölkənin tranzit imkanları, kənd təsərrüfatı və onunla baрlı sənaye kompleksi,
     Azərbaycan regionlarının istifadə olunmamış əmək və iqtisadi imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunmasını özünün strateji məqsədi hesab edir. Azərbaycan dünyanın neft istehsal edilən ən qədim ölkələrindəndir. Neft sektoru Azərbaycanın sənaye istehsalı strukturunda aparıcı yer tutur. Sənayedə onun xüsusi çəkisi təqribən 60%-dir. Bu sektora neft-qazçıxarma və neft emalı sənayeləri, habelə neftin və neft məhsullarının satışı daxildir. Hazırda Azərbaycanın neft sənayesi yeni coşqun inkişafın astanasındadır. Neft və qaz hasilatının həcmini yeni dəniz yataqları hesabına xeyli artırmaq üçün real imkanlar mövcuddur. 1994-cü ilin sentyabrında Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə "Azəri", "„ıraq" yataqlarının və "Günəşli" yataрının dərin hissəsinin birgə kəşfiyyatına və işlənilməsinə dair "яsrin müqaviləsi" adlandırılan saziş baрlamışdır.
     ABş, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Yaponiya və Səudiyyə яrəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq яməliyyat şirkəti (ABяş) yaradılmışdır. Demokratik prinsiplərin daim möhkəmləndirilməsində, hüquqi dövlət yaradılmasında əldə edilmiş uрurlar, iqtisadiyyatda bazar münasibətlərinin inkişafı və dərinləşdirilməsi xarici sərmayəçilər üçün əlverişli şərait yaratmış və qısa müddət ərzində bir sıra perspektivli strukturların birgə kəşfiyyatı və işlənilməsinə dair daha 20 müqavilə baрlamaрa imkan vermişdir. Müqavilələrə əsasən birbaşa xarici investisiyaların ümumi məbləрi təqribən 60 milyard ABş dolları təşkil edir. 1997-ci ilin noyabrından ilk müqavilə üzrə neft hasilatına başlanmışdır və artıq 12 milyon ton xam neft çıxarılıb, Avropaya ixrac olunmuşdur. Bununla əlaqədar ümumi neft hasilatı artaraq, 9 milyon tondan 2000-ci ildə 14,1 milyon tona çatmışdır.
     Xarici və yerli mütəxəssislərin hesablamalarına görə, neft hasilatı yaxın onillikdə 40-50 milyon tona, təbii qaz hasilatı isə ildə 18-20 milyard kubmetrə çatacaqdır. Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalanmış müqavilələrlə təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı hələlik 18-19 faizdir, qalan məhsul isə maşınqayırma, qara və əlvan metallurgiya, kimya, neft kimyası, yüngül və yeyinti sənayesi, tikinti materialları istehsalı kimi sahələri əhatə edən iri sənaye potensialının, habelə ümumi daxili məhsulda xüsusi çəkisi 20 faizə yaxın olan kənd təsərrüfatının payına düşür.
     Göstərilən sahələr Azərbaycanda məhsullarının 80-85 faizinin xammal, yarımfabrikat və komplektləşdirici məmulat kimi ittifaqın digər respublikalarına göndərilməsi nəzərdə tutulmaqla Sovet »ttifaqı dövründə yaradılmışdı. Sovet »ttifaqı daрıldıqdan sonra qeyri-neft sahəsi müəssisələri məhsullarının əksəriyyətinə təlabat olmadı və bunun nəticəsində 1996-cı ildən sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı qlobal şəkildə aşaрı düşdü. Son illərdə istehsalın nisbi artımı nəzərə çarpsa da, texnika və texnologiyaların müasir səviyyədən son dərəcə geri qalması üzündən iqtisadiyyatın qeyri-neft sektorunun bir çox müəssisələri rəqabətə davamlı məhsul istehsal etmək iqtidarında deyillər.
     Ona görə də Azərbaycanın qarşısında mövcud qeyri-neft istehsalı kompleksini müasir bazar tələblərinə cavab verə bilən səviyyəyə qaldırmaq üçün onu köklü şəkildə modernləşdirmək, yenidən qurmaq və genişləndirmək kimi son dərəcə mürəkkəb vəzifə durur. Hesablamalar göstərir ki, bu mühüm strateji vəzifəni Azərbaycanın öz maliyyə və texnologiya ehtiyatları hesabına yaxın illərdə həll etmək mümkün deyildir. ölkə rəhbərliyi Azərbaycan iqtisadiyyatının bütün sənaye potensialını və infrastrukturunu müasir səviyyəyə qaldırmaq məqsədilə xarici investisiyalar cəlb etmək üçün ən əlverişli hüquqi və təşkilati şərait yaratmaq niyyətindədir. Bu məqsədlə potensial investorların Azərbaycan iqtisadiyyatını sərmayələşdirməyə maraрını artırmalı olan müvafiq iqtisadi stimullar yaradılmasını nəzərdə tutan bütöv bir qanunvericilik və digər normativ-hüquqi aktlar paketi artıq işlənib hazırlanmışdır.
     Sərmayə axınının artması Azərbaycanın regionlar arasında kommunikasiya əlaqələrinə inteqrasiyası prosesini daha da sürətləndirir. Təkcə Azərbaycanın deyil, həm də Qazaxıstan və Türkmənistanın enerji ehtiyatlarının Avropa ölkələrinə ixracı üçün nəzərdə tutulan Qərb marşrutu üzrə transmilli neft-qaz boru kəmərlərinin tikilməsi layihələrinin gerçəkləşdirilməsi ilə yanaşı, ölkə digər yüklərin də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə daşınmasında əlverişli tranzit qovşaрı olmasına imkan verən coрrafi mövqeyindən də maksimum istifadə etmək niyyətindədir. Bu dəhliz tarixi Ipək Yolunun bərpasında mühüm rol oynamalıdır. Avropa və Asiyanın otuz iki ölkəsi bu layihədə maraqlı olduqlarını bildirmişdir. Ekspertlərin fikrincə, yeni nəqliyyat dəhlizi iqtisadi baxımdan mövcud dəhlizlərin hamısından daha sərfəli olacaqdır.
     Bununla əlaqədar yaxın on ildə Azərbaycan vasitəsilə yük daşınmasının 8-10 dəfə artırılması proqnozlaşdırılır, ölkə isə bu tranzit daşımalarından ildə bir milyard dollardan çox gəlir götürəcəkdir. Bakı-Ceyhan neft kəməri və Bakı-яrzurum qaz kəməri iqtisadiyyatın bu sahəsinin ayrılmaz tərkib hissəsidir. Kənddə aqrar islahatı Azərbaycanın kənd təsərrüfatının keçmiş şöhrətinin bərpası üçün geniş imkanlar açmışdır. Təbii-iqlim şəraiti və bu sahənin potensialı respublikanı ərzaqla, emal, yeyinti və yüngül sənaye sahələrini xammalla, fəal əhalinin 30%-ni iş yerləri ilə təmin etməyə, ixrac strukturunda müəyyən yer tutmaрa, torpaq bazarı yaratmaрa imkan verir. Ona görə də hökumətin yaxın illər üçün iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri iqtisadi vasitələrdən istifadə etməklə, bütün sənaye potensialını tam həcmdə iqtisadi dövriyyəyə cəlb etmək olacaqdır.
     Yaxın illərdə birinci dərəcəli əhəmiyyət veriləcək mühüm məsələlərdən biri ölkə bölgələrinin inkişaf etdirilməsidir. Məlumdur ki, bölgələrin qeyri-ahəngdar inkişafı dövlətin zəifliyinin əlamətidir. Diqqət yetirilməli problemlərdən bir də ölkənin yeraltı və yerüstü sərvətlərindən (alunit filizi, mis, qurрuşun, sink, gümüş, qızıl, vismut, kvars qumları, dolomit, island şpatı, kaliumlu selitra, duz, gil, vulkanik kül, əhəng, çınqıl, üzlük dekorativ mərmər, travertin və s.), habelə bundan az əhəmiyyətli olmayan rayonlarımızın turizm imkanlarından kifayət qədər istifadə edilməməsidir. Hazırda daр rayonlarının inkişafına dair xüsusi proqram hazırlanır. Bundan əlavə, yoxsulluq səviyyəsinin azaldılması çərçivəsində Azərbaycan bölgələrinin istifadə olunmamış potensial imkanlarının iqtisadi dövriyyəyə cəlb olunması üzrə tədbirlər görülməsi nəzərdə tutulur.
     Yaxın illər üçün sənaye, aqrar və investisiya siyasətinin konseptual istiqamətləri "yumşaldılmış" xəzinə və pul siyasəti fonunda həyata keçiriləcəkdir. Xəfif inflyasiya prosesinə (ildə 5-6 faiz), habelə manatın məzənnəsinin bir qədər sərbəstləşməsinə yol verilməsi məqsədəuyрun görünür. Bu, pul kütləsinin səviyyəsini ümumi daxili məhsula nisbətdə 25-30% qaldırmaрa və nəticə etibarilə ölkənin valyuta ehtiyatlarından daha səmərəli istifadə etməyə, müəssisələrin maliyyə ehtiyaclarını müəyyən dərəcədə aradan qaldırmaрa və ixracla məşрul olanları stimullaşdırmaрa imkan verəcəkdir. Qarşıdakı illərdə iqtisadi sabitliyin borc və kreditlər hesabına təmin olunması siyasətindən tədriclə imtina etmək nəzərdə tutulur. Bu məsələdə iqtisadiyyatın idarə edilməsinin çox mühüm vasitəsi olan bank sistemi başlıca rol oynayır.
     Bu, bank sistemi fəaliyyətinin iqtisadiyyatın real sektoruna doрru yönəldilməsi, mülkiyyət formasından asılı olmayaraq, ölkənin sənaye və kənd təsərrüfatının kreditləşdirilməsidir. »ri müəssisələrin dövlət tabeliyindən çıxarılması prosesi davam etdiriləcəkdir. Xüsusilə də söhbət investisiya özəlləşdirməsindən gedirsə, müəyyən çeviklik göstərilməlidir. Potensial investordan daha çox vəsait almaq üçün obyektin balans dəyərindən yapışıb durmaq olmaz. Strateji vəzifə bu deyil, məhz müəssisəni kökündən modernləşdirməkdən, onu səmərəli şəkildə yenidən qurmaqdan, əhalinin məşрulluрunu təmin etməkdən, ixrac və idxal potensialını artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq naminə müəssisənin qiymətində potensial investora güzəştə getməyə dəyər.
     ölkədə hazırkı ictimai-siyasi sabitlik, açıq vətəndaş cəmiyyətinin yaranmasını təmin edən siyasətin gerçəkləşdirilməsi strateji məqsədə - yaxın illərdə Azərbaycanı hər bir vətəndaşına ləyiqli həyat səviyyəsi, gələcəyə inam təmin etməyə qadir qüdrətli dövlətə çevirmək məqsədinə nail olmaq üçün möhkəm zəmin yaradır.
Hosted by uCoz