İlham Heydər oğlu ƏLİYEV 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 1967-77-ci illərdə Bakı şəhərində alıb.
Məktəbi bitirdikdən sonra 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) qəbul olub.
MDBMİ-nu bitirdikdən sonra, 1982-ci ildə onun Beynəlxalq Münasibətlər kafedrasının aspiranturasına daxil olub.
Aspirantura təhsilini bitirdikdən sonra, 1985-ci ildə Tarix və Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini alıb.
1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlər kafedrasında müəllim işləyib..
1991-94-cü illərdə Moskva və İstanbulda kommersiya fəaliyyəti ilə məşðul olub.
1994-cü ilin may ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin I-ci vitse-prezidentidir.
1995 və 2000-ci il parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib.
1999-cu ilin dekabr ayında Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin I-ci müavini seçilibdir.
1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.
2003-cü ilin yanvar ayında Avropa şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilmişdir.
2003-cü il 04 avqust tarixində Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan, Rus, İngilis və Fransız dillərini mükəmməl bilir.
Evlidir. İki qızı və bir oğlu var.