Əli Bayramlının Milli Qəhrəmanları         » Geri səhifə «


H.Eliyev
       Gənclərin ordu sıralarında hazırlanması sahəsində görülən işlərdən biri də onların vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsidir. Bu sahədə müharibə qəhrəmanlarının həyatı, keçdikləri döyüşlərin işıqlandırılması, gənc nəslə çatdırılması mühüm əhəmiyyət kəsb edir... (Heydər Əliyev)

XİLASKAR

Nofel

              Nofəl Zahid oğlu Quliyev 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında xalqının namusunu, qeyrətini qorumaq üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur. Az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda erməni faşistləri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda düşmənlə ölümdirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu. Həyatını Qarabağ torpağlarının toxunulmazlığı, Azərbaycan müstəqilliyi uğrunda qurban verdi. Ölümü ilə şəhidlik zirvəsinə ucaldı. Ailəli idi. Bir oğlu yadigar qalmışdır. Vaxtı ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Milli Qəhrəmanı adə verilmişdir...

VƏTƏN OĞLU

Tahir

              Tahir Əminağa oğlu Bağırov 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) çəhərindı anadan olmuşdur. Milliyətcə Azərbaycanlıdır. Əli Bayramlı şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdir. 1977-ci ildə may ayının 6-dan, 1979-cu ilin sentyabr ayının 27-nə qədər keçmiş SSRİ-nin hərbi qüvvələrinin sıralarında xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.. T.Ə.Bagırov milli ordu hissələri təşkil edilməyə başlanan gündən onun sıralarına qoşulmuşdur. 1992-ci ilin mart ayının 1-də 843-cu hərbi hissənin komandirinin əmri ilə T.Ə.Bağırov təlim komandirinin müavini təyin olundu, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 vertalyotunda bortatışısı vəzifəsinə keçirildi. Qarabağda erməni ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etdi. 1992-ci il oktyabrın 11-də baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur. Bakıda şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi. İki oğlu yadigar qaldı. Əli-Bayramlıda yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir...

HƏBİBOVLAR AİLƏSİ Rafael

              Rəfael Sərafət oğlu Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı oluıdur. Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir. 1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur. Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır...

Dörd il vuruşda

Shirin

              Şirin Ağabala oğlu Şükürov öz igidliyi ilə Azərbaycan xalqının döyüş tarixində parlaq səhifələr yazmış mərd oğullardan biridir. O, 1910-cu ildə indiki Əli ayramlı Şəhəri yaxınlığındakı köhnə Şahverdi, kəndində anadan olmuşdur. 30-cu illərdə Əli Bayramlı rayonunun taxıl tədarükü idarəsində fəhlə, sonralar dəmiryol stansiyasında yol dəyişən fəhlə vəzifəsində işləmişdir. 1941-ci ilin dekar ayında ordu sıralarına çağırılan Şirin Şükürov Tbilisidən çox da uzaq olmayan ehtiyat atıcı polkuna göndərilir. Şirin Şükürov 1942-ci ildə ehtiyat atıcı polkuna hərbi hazırlıq keçdikdən sonra yenidən təşkil edilən hissədə Krım cəbhəsinə gəldi . Qafqazın müdafiəsində iştirak etdi. Mozdok ətrafında gedən qanlı döyüşlər onun üçün ilk sınaq meydanı oldu. Şimali Qafqazın müdafiəsi zamanı igid topçu qolundan yaralanır. Üç aylıq müalicədən sonra o, yenidən döyüşən orduya qayıdır. Rostov şəhəri yaxınlığında öz hissəsinə gəlib çatır. Şirin Şükürov Rostov və Voronej şəhərlərinin faşistlərdən azad edilməsi uğrunda gedən vuruşmalarda cəsurluğu və qorxmazlığı ilə fərqlənmişdir. Kerç yarımadasının azad olunmasına göstərdiyi qoçaqlıq "igidliyə görə" medalı ilə qeyd edildi. 1944-cü ilin may-iyun aylarında Krım işğalçılardan təmizləndikdən sonra Ş.Şükürovun xidmətdə olduğu həri hissə 339-cu atıcı diviziyasının1133-cü atıcı polku Birinci Belarusiya cəbhəsinə göndərildi. Krım döyüşlərində dəzgahlı pulemyotdan atəş açmağa məharətlə yiyələndi. 1944-cü idə polşanın alman faşıstlərindən azad edilməsi uğrunda gərgin döyüşlər başlandı. 1945-ci ol yanvarın 12-də səhər saat 6-da piyada topların aramsız atəşinin müşayiəti ilə Visla çayının keçməyə başladılar. Şirin Şükürov vzvodu ilə birlikdə qabaqda irəliləyirdi. Düşmənin müdafiə xəttinin yarılmasında Şirin Şükürov öz döyüşçü dostları ilə əsl qəhrəmanlıq göstərdi...


Mətn 11 sentyabr 2006-cı ildə Alik Rzayevin kitabından sayta köçürülüb...


Hosted by uCoz