Məktəb haqqında

Müəllimlər

Fotoqalereya

Bizim öncüllərimiz

İstirahətimiz


Məktəb haqqında

Məktəb 1968-ci ilin sentyabrında tikilmişdir. Onun gözəl binası, idman və akt zalları, tədris otaqları, trenajor zalı, basseyni, həmçinin Məktəb Tarixi Muzeyi var.
34 il ərzində məktəb əhəmiyyətli yeniləşmə yolu keçmişdir. Bu müddət ərzində dörd müdir dəyişib. Bu zaman məktəbə təhsil qabaqcılı Həsənov Məmməd başçılıq edir.

1998-ci ildə məktəbin 30-illiyi münasibətilə məktəbdə Məktəb Tarixi Muzeyi yaradılmışdır. Məktəb 1999-cu ildə keçirilmiş məktəb muzeyləri müsabiqəsində 1-ci yeri tutub.
Məktəb "Sənaye şəhərinin mikrorayonunda yerləşən təhsil kompleksi" (TK №25) mövzusu üzrə təcrübə işini müvəffəqiyyətlə başa vurmuşdur. 2000-ci ildən başlayaraq məktəb "İri şəhər məktəbi şəraitində şagirdin humanitar cəhətdən sosiallaşdırılması" adlı mövzu üzrə yeni təcrübəyə qoşulmuşdur.

Məktəbdə 1991-ci ildən başlayaraq 6-yaşlı şagirdlərin tədrisi aparılır. Məktəbin tarixi haqqında material hazırlanmışdır. Məktəbin şagirdləri hər il riyaziyyat, fizika, kimya və biologiya üzrə keçirilən rayon olimpiadalarında qalib olurlar. Onlar şəhər olimpiadaları, intellektual oyunlar və sosiologiya, tarix, fəlsəfə, fizika, psixologiya, informatika üzrə elmi-praktiki konfranslarda iştirak edirlər.



xəbərlər

04.04.2002
Diqqət! Hörmətli valideynlər! Məktəbimizdə uşaqların birinci sinfə qəbulunu aparmaq məqsədilə sənəd qəbulu başlanıb. Daha ətraflı

26.06.2002
2002-ci ilin məzunlarını məktəbin bitirilməsi münasibətilə təbrik edirik! Sizə həyatda öz yerinizi tapmağı, ali məktəblərə daxil olmağı, layiqli iş yeri tapmağı, və, sözsüz ki, doğma məktəb və müəllimlərinizi unutmamağı arzu edirik. Uğurlar arzulayırıq!

18.09.2002
Məktəbimizdə oxuyan şagirdlərin sayı haqqında məlumatı təqdim edirik. Beləliklə, məktəbdə 1-cidən 11-ciyə kimi sinifləri əhatə edən 23 sinif var, ibtidai məktəbdə - 4 sinif, orta məktəbə - 13 sinif, yuxarı məktəbdə - 6 sinif.

Hosted by uCoz